Dağlıq Qarabağda nə qədər erməni yaşayır?

Dağlıq Qarabağda nə qədər erməni yaşayır?<span class="qirmizi"></span>

Robert Menendez-a Senatın Xarici Məsələlər üzrə Komitəsinin sədridir. Xanımı erməni olan senator (Demokratlar Partiyası) Amerika Erməniləri Milli Komitəsinin əsas lokomotivi kimi tanınır. Ermənilərin müdafiəsi ilə bağlı “xarüqələr” yaradır. Son çıxışlarının birində bir daha tələb edib ki, Ermənistana qarşı müharibə cinayətləri törətmiş Azərbaycan ABŞ tərəfindən ittiham olunsun. Senatorun çıxışında maraqlı bir məqam var. Ermənistan mətbuatına istinadən həmin sitatı olduğu kimi təqdim edirəm: “Nə Dövlət Departamenti, nə də USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi. ABŞ hökumətinin xarici yardım təşkilatı) 2020-ci ildə Dağlıq Qarabağ müharibəsi nəticəsində didərgin düşmüş 100 000 nəfərə və hələ də bölgədə (Dağlıq Qarabağda) yaşayanların cari ehtiyaclarına kömək etmək üçün lazım olan humanitar yardımı göstərməməsindən son dərəcə narahatam”...

Cənab Menendez-a birmənalı şəkildə deyir ki, müharibədən dolayı 100 min erməni Dağlıq Qarabağdan didərgin düşüb. Müharibədən əvvəl Dağlıq Qarabağda 120 min erməninin yaşadığı iddia olunurdu. Əlbəttə, bu, şişirdilmiş rəqəm idi. Hətta bu göstəricini ciddi qəbul etsək və cənab senatora inansaq, Dağlıq Qarabağda cəmi 20 min erməni qalıb. Azərbaycan tərəfi isə hazırda Dağlıq Qarabağda 25 min erməninin yaşadığını deyir. Separatçılarının lideri Araik Arutyunyan isə sentyabrda demişdi ki, Dağlıq Qarabağda 33 min erməni yaşayır...

Yəni birmənalı olan odur ki, II Qarabağ Müharibəsindən sonra Dağlıq Qarabağda yaşayan ermənilərin böyük çoxluğu ərazini tərk edib. Qalanlar da “cомаданное настроение” əhvalındadırlar. Rusiya, İran və Fransanın bütün cəhdlərinə baxmayaraq ermənilər Dağlıq Qarabağa qayıtmaq fikrində deyillər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan ermənilərin Dağlıq Qarabağa qayıtması mümkünsüz görünür. Çünki ortada təhlükəsizliyə zəmanət yoxdur. Mən ona da əminəm ki, hətta müqavilə bağlandıqdan sonra da Dağlıq Qarabağa qayıtmaq istəyənlər o qədər də çox olmayacaq. Hansı üzlə qayıtsınlar ki? Azərbaycana qarşı bu qədər düşmənçilik edən adamların geri dönməsi və Azərbaycan qanunları altında yaşaması o qədər də asan məsələ deyil...

Elbəyi Həsənli

Mənbə: moderator.az