İranda Konstitusiya dəyişə bilər

İranda Konstitusiya dəyişə bilər<span class="qirmizi"></span>

İran prezidenti İbrahim Rəisi 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinin mümkünlüyündən danışıb.

İ.Rəisi bildirib ki, konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir.

Lakin bununla yanaşı zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər.

O qeyd edib ki, İran İslam Respublikasının Konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur.

 

Mənbə: news.milli.az