Ağ Evin önündə Güneyə dəstək aksiyası - FOTO

Vaşinqtonda, Ağ Evin önündə Cənubi Azərbaycandakı soydaşlarımıza dəstək aksiyası keçirilib.

Aksiyada Cənubi Azərbaycandan, Azərbaycan dövlətindən, həmçinin Türkiyədən olan soydaşlarımız iştirak ediblər. Aksiyada xüsusilə son aylarda İranda dinc nümayişçilərə qarşı edilən vəhşiliklər qınanıb, həbs edilən soydaşlarımızın azadlığa buraxılması və bir çox dinc aksiya iştirakçılarının barəsində fars molla rejimi tərəfindən çıxarılmış ölüm hökmlərinin ləğv edilməsi tələb olunub.

Aksiya iştirakçıları tərəfindən həm Azərbaycan dilində, həm də ingiliscə “Güney Azərbaycana azadlıq”, “Rədd olsun diktator Xamenei rejimi”, “Azadlıq, ədalət, milli hökumət”, “Güney Azərbaycan İran deyil” kimi şüarlar səsləndirilib, həmçinin dinc nümayişlər zamanı qətlə yetirilən soydaşlarımızın, eyni zamanda həbs edilən bir çox milli fəalların şəkilləri olan plakatlar qaldırılıb.

Sonda piketin ingiliscə qətnaməsi oxunub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

AZƏRTAC-da “təmizlik işlər”i başladı – Keçmiş sədrin yaxın qohumları işdən azad edilib

SONRAKI XƏBƏR

DÇ-2022: Sterlinq İngiltərə millisinin düşərgəsini tərk etdi