Ukraynada nüvə müharibəsi gözlənilir? - VİDEO

 

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna şəhərlərinin yenidən raket hücumlarına məruz qalacağı ilə bağlı xəbərdarlıq edilir.

Məlumata görə, son iki gündə ağır döyüşlər, əsasən, Ukraynanın cənubunda və şərqində gedir.

“Dnepropetrovsk, Nikolayev şəhərləri, Xersonun azad edilmiş əraziləri yenidən raket hücumlarına məruz qalıb. Donetsk vilayətinin Baxmut şəhərində ölüm-dirim mübarizəsi gedir”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Ukrayna xüsusi xidmət orqanları ölkənin əksər şəhərlərindəki kilsələrdə Rusiya casusları aşkarlayırlar. Bununla bağlı yoxlamalar aparılır.

M.Aslanov Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Baku TV-yə Rusiyanın Ukraynaya nüvə hücumunun olub-olmayacağı ilə bağlı açıqlamasından da danışıb.

“Podolyak üstüörtülü şəkildə dedi ki, artıq dünyanın iri dövlətləri Rusiya liderinə başa salıblar ki, nüvə silahından istifadənin nəticələri ağır olacaq. Çünki müharibə qaydaları var, Ukrayna nüvə ölkəsi deyil. Ona qarşı nüvə silahından istifadə edilə bilməz”, - deyə qeyd edilib.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə texniki seminar keçirilib - FOTO

SONRAKI XƏBƏR

Allahşükür Paşazadə Moskvaya səfər edəcək