"Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında fəal dialoqun sübutudur". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.
"Bugünkü müzakirələrin mühüm mövzusu münaqişədən sonrakı problemlər, üçtərəfli razılaşmaların həyata keçirilməsində irəliləyişlər olacaq".