Kreml bu halda Paşinyanı devirəcək - Qabrelyanov

Ümid edirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təhlükəli oyun oynadığını başa düşür.

Axar.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı mediamenecer Aram Qabrelyanov Teleqram kanalında yazıb.

“Əgər Nikol son bəyanatlardan sonra sülh müqaviləsinin rus variantından imtina edib “Vaşinqton ssenarisi” üzrə Qarabağı “təslim etsə”, o zaman Rusiyanın əli açılacaq. Kreml erməni xalqının hakimiyyəti dəyişmək hüququnu qoruyacaq”, - o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov: "Bakı ilə Moskva arasında fəal dialoq mövcuddur"

SONRAKI XƏBƏR

Özbəkistan mobil telefon və televizor ixracını artırıb