Yaponiya uyğurların hüquqlarının pozulmasından narahatlığını ifadə edib

Yaponiya uyğurların hüquqlarının pozulmasından narahatlığını ifadə edib<span class="qirmizi"></span>

 

Yaponiya parlamentinin Yuxarı Palatası Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində və Honkonqda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə edən qətnamə qəbul edib.

Qətnamənin mətnində “Çin” sözü birbaşa işlənməsə də, “dövlət hökuməti” insan hüquqlarının təmin olunmasına məsuliyyətlə yanaşmağa çağırılır.

Yapon rəsmiləri ikitərəfli münasibətləri kəskinləşdirməmək üçün Çinin adını birbaşa xatırlatmaqdan çəkinərək tez-tez belə üsula əl atırlar.

Sincan-Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Burada Çinin ən çoxsaylı milli azlıqlarından biri – uyğur türkləri yaşayırlar. Bu millətin nümayəndələrinin əksəriyyəti islam dininə etiqad edirlər.

Çin hakimiyyəti iddia edir ki, bölgədə beynəlxalq islamçı terrorçu gizli qruplarla əlaqəli separatçı qruplar fəaliyyət göstərirlər.

Bundan əvvəl Çinin uyğurlara qarşı repressiyaları BMT-də 50 ölkə tərəfindən qınanılıb.

Mənbə: Kyodo

Mənbə: www.oxu.az