Yeni ildə əfv olacaq? - AÇIQLAMA

Yeni ildə əfv olacaq? -  AÇIQLAMA<span class="qirmizi"></span>

“Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində əfv sərəncamının olması gözlənilmir”. Bunu AzVision.az -a açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, əfv olsaydı, komissiyanın iclası keçirilərdi:

“Hələ vaxta var. Ola bilər komissiyanın iclası keçirilər. Komissiyaya hər zaman müraciətlər daxil olur, baxılır, sonra müzakirəyə çıxarılır. Bizə şəxsən deputat olaraq il ərzində 40-50 müraciət daxil olur. Müraciətlər bütün kateqoriyadan olur, araşdırılır və onların cəzasına baxılır”.

Deputat qeyd edib ki, müraciətlərə baxılarkən əfv olunacaq şəxslərin davranışları üzərində düşünülür:
“Onların həbsxanadakı davranışları, şikayətlərin, zərərçəkmişlərin olub-olmaması, zərərin ödənilməsi araşdırılır. Elə adam var ki, zərərçəkən çoxdur və onun buraxılması problem yaradır”.

Aytən Zəhra
 

Mənbə: azvision.az