Xarici filmlərə baxdıqları üçün şagirdləri edam etdilər

Xarici filmlərə baxdıqları üçün şagirdləri edam etdilər<span class="qirmizi"></span>

Şimali Koreyada 3 orta məktəb şagirdi qonşu Cənubi Koreyanın seriallarına baxdıqları üçün edam edilib. Bu barədə Cənubi Koreyada nəşr olunan “Çosun İlbo” qəzeti məlumat yayıb. Bildirilib ki, Şimali Koreyada 2020-ci ilin dekabrında qüvvəyə minmiş yeni qanuna görə Cənubi Koreyaya aid audiovizual məzmununun istehlakı cinayət sayılır.

Məlumata görə, Şimali Koreya ilə Çin sərhədinə yaxın olan Hyesan şəhərində 3 orta məktəb şagirdi Cənubi Koreya və Amerika televiziya proqramlarına baxarkən yaxalanıb. Həbs edilən gənclərə ölüm cəzası verilib. Edamın icrası dünya mətbuatında böyük reaksiya ilə qarşılanıb.

Qeyd edək ki, Şimali Koreya vətəndaşları Cənubi Koreya serialları və musiqiləri ilə maraqlanırlar. Unification Media Group-un sorğusuna əsasən, respondentlərin 96 faizi Squid Game və Crash Landing on You kimi məşhur Cənubi Koreya dramlarına baxıb.

Şahanə Rəhimli
 

Mənbə: azvision.az