Azərbaycanlı futbolçunun İrandakı restoranı və mağazası BAĞLANDI

Azərbaycanlı futbolçunun İrandakı restoranı və mağazası BAĞLANDI<span class="qirmizi"></span>

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin restoranı və zərgərlik mağazası möhürlənib.

Bu barədə yerli hökumət qərar çıxarıb.

53 yaşlı veteran hücumçu etirazçıların çağırışına dəstək olaraq mağazalarının 14 - 16 dekabrda bağlanacağını açıqlamışdı.

Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini bəyan edib. Daha sonra onun özü və ailəsi təhdid olunub.

Mənbə: modern.az