Lavrov Bayramovla görüşdə etiket qaydasını pozdu

Lavrov Bayramovla görüşdə etiket qaydasını pozdu<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, bu gün Moskvada, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində Azərbaycan və Rusiya XİN başçıları Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşlə bağlı yayılan bir foto sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.

Belə ki, görüş otağına yollanarkən Lavrovun ev sahibi olaraq, qonağı önə buraxmaq kimi diplomatik etiket qaydasına riayət etməməsi tənqid edilib.

Müqayisə üçün bir müddət öncə eyni otağa daxil olarkən Lavrovun erməni həmkarı Mirzoyanı “önə buraxmasını” əks etdirən foto yayılmışdı.

Mənbə: axar.az