Rusiya Lars yolunu bağlayıb, əslində Azərbaycan bağlamalıydı, özü də çoxdan...

Rusiya Lars yolunu bağlayıb, əslində Azərbaycan bağlamalıydı, özü də çoxdan...<span class="qirmizi"></span>

Rusiya Lars yolunu bağlayıb, əslində Azərbaycan bağlamalıydı, özü də çoxdan...

“On yeddi gündən artıqdır ki, Ermənistandan Rusiya Federasiyasına təzə meyvə və tərəvəz ixrac edilən yük maşınları Yuxarı Lars keçid məntəqəsinin Gürcüstan tərəfində 10 kilometrlik sırada dayanıb. Ermənistanın ixrac edən şirkətləri böyük itkilərlə üzləşib”. Bu barədə “ JAMnews ” saytı xəbər yayıb.

 

Bəs, Yuxarı Lars keçid məntəqəsi niyə bağlanıb? Adətən ilin bu vaxtlarında yollar qarla örtülür. Ancaq bu il qış mülayim keçir. Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol olan Lars Rusiya tərəfindən bağlanıb. Səbəb Krım körpüsündəki partlayışla bağlıdır. Krım körpüsünün partladılmasında erməni izinin olması barədə dəfələrlə məlumat yayılıb...

 

Məncə, Rusiya yox, məhz Azərbaycan Lars yolunu bağlamalı idi. Bu yol Ermənistan üçün hava və su kimi bir şeydir. Ancaq bu yol Ermənistanın hələ də işğal altında saxladığı Azərbaycan kəndlərindən keçir. Düşünürəm ki, Azərbaycan Ordusu həmin kəndləri çox asalıqla, özü də heç bir beynəlxalq basqı olmadan azad edə bilər. Rəsmi Bakı Ermənistan rəhbərliyinə bildirməlidir ki, Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də, Lars yolu da olmayacaq. Bizim başbilənlər nədən bunu etmir? Bu suala məntiqə söykənən bir cavab tapa bilmirəm...

 

Elbəyi Həsənli,
İsveçrədə yaşayan tanınmış jurnalist

 

Mənbə: moderator.az