"“3+3” formatında yeni görüş hazırlanır" - Rusiya XİN

"Cənubi Qafqaz üzrə “3+3” formatında yeni görüş hazırlanır, tarix və gündəm razılaşdırılır". Bunu bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. “Biz həmçinin məsləhətçi regional platformanın fəaliyyətindən danışdıq. Mən üç Cənubi Qafqaz respublikasını və onların üç qonşusunu - Rusiya, İran, Türkiyəni nəzərdə tuturam.

Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü idi və ilk görüş baş tutdu. İndi isə daha bir belə tədbir hazırlayırıq. Konkret tarixləri və gündəliyi razılaşdırırıq”, - deyə o bildirib.

Şahanə Rəhimli
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

SONRAKI XƏBƏR

Moskvada Azərbaycan və Rusiya arasında sənədlər imzalanıb