Ukraynada genişmiqyaslı hava xəbərdarlığı elan edilib

Ukraynada genişmiqyaslı hava xəbərdarlığı elan edilib<span class="qirmizi"></span>

 

Kiyev, 5 dekabr, AZƏRTAC

Ukraynada dekabrın 5-də genişmiqyaslı hava xəbərdarlığı elan olunub.

AZƏRTAC xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir.

Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.

Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində isə yazıb: “Həyəcan siqnalına məhəl qoyun, biz cavab verəcəyik”.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Mixail Podolyak vətəndaşlardan sığınacaqlara getməyi və həyəcan siqnallarına laqeyd qalmamağı xahiş edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az