Ukrayna səfirliyinə içində göz olan zərf göndərdilər

İspaniya polisi Ukraynanın diplomatik nümayəndəlikləri üçün nəzərdə tutulmuş üç zərfi araşdırır. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko məlumat yayıb.

“İspan polisi poçt şöbəsində Ukraynanın Madriddəki səfirliyinə, Barselonadakı Baş Konsulluğuna və Malaqadakı Konsulluğa ünvanlanmış və içində heyvan gözləri olan üç zərfi ələ keçirib. İstintaq hərəkətlərinə başlanılıb”, - diplomat sosial şəbəkədə yazıb.

Xatırladaq ki, bundan ğncə Nikolenko bəyan etmişdi ki, Ukraynanın altı Avropa ölkəsindəki səfirliklərinə heyvan gözləri olan “qanlı bağlamalar” gəlib.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İrəvan Qarabağı tanıya bilməz - Ağazaryan

SONRAKI XƏBƏR

İnfeksionist: “Koronavirus daimi olaraq bizimlə yaşayacaq” - FOTO