Deputat: "Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir"

"Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir. Bu, müzakirə predmeti deyil".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədrinin müavini, deputat, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu qurumun keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın dünyadakı imici dəyişib: "Azərbaycan bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisidir. Biz artıq güclü dövlətik. Güneyli soydaşlarımızın hüquqlarının qorunması, onlarla təmaslarımızın artması üçün dövlətimizdə iradə var. Kim bizimlə təhdid dilində danışarsa, ona cavab verməyə qadirik. Məqsədimiz soydaşlarımızı qorumaqdır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Radiasiya Problemləri İnstitutunun əməkdaşları bu il 5 patent alıb

SONRAKI XƏBƏR

Mikayıl Cabbarov türkmənistanlı nazirlə görüşdü