“O qadını mən xilas etdim, morqdan çıxardım” - Lukaşenko

“O qadını mən xilas etdim, morqdan çıxardım” - <span class="qirmizi">Lukaşenko</span>

Belarus Prezidenti Aleksandr Lukaşenko bir qadını koronavirusdan necə xilas etməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Belarus lideri həmin vaxt qadının xəstəxanada ölüm yatağında olduğunu iddia edib.

Onun sözlərinə görə, qadın ölümcül durumda Şklov vilayət xəstəxanasına aparılıb:

“Şklovdakı xəstəxanada onu morqdan çıxartdım. Bu gün süni nəfəs aparatından ayırıblar. İndi vəziyyəti yaxşıdı”.

Lukaşenko Belarusun səhiyyə sisteminin pandemiya şəraitində yaxşı işlədiyini də söyləyib.

Mənbə: moderator.az