ABŞ və İsrail “Dəmir Şüa” lazer sistemini birgə hazırlayacaq

 

Amerikanın müdafiə konserni “Lockheed Martin” İsrailin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri istehsal edən “Rafael” şirkəti ilə “Dəmir Şüa” lazer ələ keçirmə sisteminin birgə hazırlanması və istehsalı üçün müqavilə imzalayıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Məlumata görə, “Dəmir Şüa” İsrailin artıq mövcud olan qanadlı və ballistik raketlərin qarşısının alınması sistemi “Dəmir günbəz”i Fələstindən gələn raket hücumlarından qorunmaq üçün hazırlanacaq.

Qeyd edək ki, “Dəmir Şüa” sisteminin hazırkı prototipi bir neçə ildir mövcuddur. Onun PUA-ları və raketləri vurmaq qabiliyyəti daim sınaqdan keçirilir.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Ağ Ev: “Ölkələrdən ABŞ və Çin arasında seçim etməyi tələb etmirik”

SONRAKI XƏBƏR

8 yaşlı uşaq 5 yaşlı dostunu başından güllələyib