"Fars rejiminin hədəf olaraq dövlət başçısı İlham Əliyevi seçməsi təsadüfi deyil, çünki...

"Fars rejiminin hədəf olaraq dövlət başçısı İlham Əliyevi seçməsi təsadüfi deyil, çünki...<span class="qirmizi"></span>

"Fars rejiminin hədəf olaraq dövlət başçısı İlham Əliyevi seçməsi təsadüfi deyil, çünki...

Tanınmış ermənişünas alim, politoloq Qafar Çaxmaqlı İranın son günlər anti-Azərbaycan təxribatları fonunda bu gün prezident İlham Əliyevə qarşı fitnəkar mövqe sərgiləyən rəsmi Tehranın ermənipərəst davranışlarını Moderator.az-a şərh edib:

"İranın molla rejiminin Azərbaycana qarşı son zamanlar apardığı çirkin kampanya və sərgilədiyi militarist siyasət haqlı olaraq insanlarımızın hiddətinə səbəb olmuşdur. Fars rejiminin hədəf olaraq dövlət başçısı İlham Əliyevi seçməsi də təsadüfi deyil. Çünki İlham Əliyev qonşuluğun nə olduğunu anlamayan İran rejiminin iç üzünü açıb ortaya qoyan tək liderlərdən biridir və İranda yaşayan 40 milyonluq Türk əhalisinin- soydaşlarımızın həyatına biganə qalınmayacağını açıq söyləyən lider olmuşdur. Bəzi mollalar ölkəni saran etiraz və artıq üsyan dalğalarında boğulacaqlarını anlamamış deyillər.

Mahsa Mehdili adlı qızın başörtüsünü düzgün taxmadığına görə bu ölkənin əxlaq polisi tərəfindən həbs edilib öldürülməsindən sonra iki aya yaxın davam edən kütləvi etirazlar yeni fazaya daxil olmaqdadır. Ötən müddətdə günahsız nə qədər insan qanı axıdıldı. İndi ölkənin 40 böyük şəhərində iş yerlərini qapadıb tətilə başlanılmışdır, etirazlar sosial xarakterindən çıxıb və onun siyasi boyutları görünməkdədir. Rejim geri addım atmır, ata bilmir. Dünən baş prokururun Daxili işlər nazirliyinə bağlı Əxlaq polisinin ləğv ediləcəyi ilə bağlı açıqlaması molla rejiminində müəyyən iç qarışıqlıq yaratmışdır və Konstitusiya dəyişiklikləri haqqında səslənən və bir - birinə zidd bəyanların ortaya çıxması da siyasi xaosa yol açmaqdadır. İran xalq üsyanını basdıra bilmir, geri addım atmır, çünki onun nəticələrinin etirazları səngitməyəcəyini yaxşı bilir. İran bu xaosun dərinləşməsinin və siyasi xarakter kəsb edəcəyindən qorxur.

Bütün bunların qarşısını almaq üçün qonşularla müharibə, təhdid ritorokası ilə danışmağa başlamışdır. Azərbaycana, onun rəhbərinə sözlü saldırılar da bundan qaynaqlanır. Zatən İranın Azərbaycanla bağlı bu günə qədər apardığı siyasət məlumdur, o Azərbaycanın güclü bir dövlət olmasını istəməmişdir. Türkiyənin də regionda söz sahibi olması İranın maraqlarına zidd siyasət kimi qəbul edilmişdir və ölkələrimizə qarşı olan istənilən şeytanla əməkdaşlıq edəcəyini biz bilirik. Baxın, Suriyada, İraqda Türkiyənin apardığı antiterror əməliyyatlarına da eyni mövqeyi sərgiləyir, burada da Türkiyənin əl-ayağına dolaşır. PKK-nın İran qolu olan PEJAK-a altdan-altdan dəstək verən də İrandır. 30 ilə yaxın bir dövrdə erməni işğalına duyarsız qalan rejim Azərbaycanın Ermənistan üzərində Böyük Zəfərindən sonra “kirli qaşıq” rolunu oynamağa başladığı aşkardır və İranın dövləti maraqlarına heç də zərərli olmayan Zəngəzur dəhlizinin açılması məsələsinə anlamsız bir yanaşma sərgiləməkdədir. Ermənistanın sərhədlərinin dəyişdirilməsinin İranın “qırmızı xətti” mövqeyini ortaya atması da bəhanələrdən və Azərbaycanın qələbəsini qısqançlıqla qarşımaqdan başqa bir şey deyil, halbuki bu koridorun açılmasından həm Ermənistan, həm də İranın özü müəyyən mənada faydalanacağını da bilməkdədir. Amma qarşı gedir. Güclü Azərbaycan, güclü Türkiyə İranı rahatsız edir...

Son dövrlərdə İranın Azərbaycanla bağlı sərgilədiyi siyasət Ermənistanın siyasətinin eynisidir və sanki Ermənistan İranın dili ilə Azərbaycanı hədələməkdədir. Azərbaycan sərhədlərinə yaxın ərazidə hərbi təlimlərin keçirilməsi də Azərbaycana qarşı savaş təhdidi idi. Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının toplantısında və sonrakı günlərdə söylədiyi fikirlərə İran rəsmilərinin, dini lider sayılacaq molllarının münasibətlərini analiz etsək, görərik ki, İran nəinki Ermənistanın yanında yer almışdır, hətta daha irəli gedərək suveren Azərbaycan dövlətinə qarşı ərazi iddialarına qədər gedib çıxan bir təcavüzkar mövqe ortaya qoymuşdur. Əlbəttə, bunlar heç cür qəbul edilə bilməz. İranın bu hərəkətlərindən, siyasi və hərbi hədələrindən qorxmalıyıqmı? Prezident İlham Əliyev sözünü dedi, mehriban qonşuluq münasibətlərini pozmağa çalışan İranın bu yolla heç nəyə nail ola bilməyəcəyini açıq şəkildə ifadə edilmişdir və hesab edirəm ki, İran rejimi bundan dərs çıxaracaqdır. Bu günlərdə Türkiyə ilə Azərbaycanın İran sərhədlərinə yaxın ərazilərdə ortaq hərbi təlimlərə başlaması ilə bu molla rejiminə gərəkli mesajlar verilmişdir. Bizim nə edəcəyimizlə bağlı kiməsə hesabat vermək durumumuz yoxdur. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi artıq Azərbaycanın meydanda tək olmadığının bariz nümunəsidir. Bu Bəyannamə ilə Azərbaycanın özünün də əskəri olaraq da Türkiyənin yanında olduğunu dövlət başçısının dilindən ifadə etmişdir. Azərbaycan müttəfiqlik müqaviləsi şərtlərinə görə Türkiyənin, Türkiyənin də Azərbaycanın yanında yer alacağına kimsənin şübhəsi olmamalıdır. O cümlədən də İranın..."

Xatırladaq ki, İranın “İRNA” agentliyi İlham Əliyevin suallarına özünəməxsus şəkildə cavab verib. Bir müddət öncə İlham Əliyev İranın üç prezidenti ilə işlədiyini, lakin iki ölkə arasında münasibətlərdə gərginliyin heç vaxt bu qədər yüksək səviyyədə olmadığını demişdi...

 

Mənbə: moderator.az