ABŞ tərəfindən C-400-lə bağlı Türkiyəyə qurulan tələ: Bir güllə ilə iki dovşan vurmaq istəyi...

"ABŞ bu addımı ilə həm Türkiyə ilə Rusiya arasında dostcasına münasibətlərə zərbə vurar, həm də Ankaranı öz Afina rəqibi qarşısında zəiflədə bilər..."

ABŞ Türkiyəyə C-400 kömplekslərinin Ukraynaya verilməsinin müqabilində F-35 layihəsinə dönməyi təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.

Bu ideya oxucuların qəzəbinə səbəb olub. Onlar qeyd edib ki, Ankara və Mockvanı toqquşdirmaq istəyirlər, bu zaman Türkiyəyə onsuz da heç bir qırıcılar verən deyillər.

Uzun illər Amerika ordusunda xidmət edən general Ben Xoces Türkiyəyə C-400 və F-35-lərlə bağlı gözlənilməz təklif edib.

Amerikalı general bəyan edib ki, C-400-lər Ukraynaya verilməlidir.

Görəsən, ABŞ bu təkliflə nəyə nail olmaq istəyir?

ABŞ Silahlı Qüvvələrinin Avropada Quru Qoşunlarının sabiq komandanı, iki il Türkiyənin İzmir şəhərində xidmət etmiş və 2018-ci ildə ordudan tərxis edilmiş general Britaniyanın BBC korporasiyasına müsahibəsində Türkiyə barəsində bəyanat verib.

Türkiyənin F-35 qırıcıları layihəsindən çıxması və Rusiyadan C-400 hava hücumundan müdafiə sistemləri əldə etməsindən danışan amerikalı general Türkiyəyə gözlənilməz təklif edib: "C-400-ləri Ukraynaya verin".

Amerikalı general xatırladıb ki, Türkiyə F-35 layihəsindən çıxarılıb və bu proqrama dönmək üçün şərt irəli sürüb.

"Bizə məlum olduğu qədər C-400 əvvəlkitək istifadə edilmir, - Xoces qeyd edib. - Türkiyə bu addımdan imtina edə bilər, bu sistemləri, məsələn, Ukraynaya verə bilər, bununla da F-35 proqramına dönə bilər. O zaman o, bugünkündən tamamilə başqa vəziyyətdə ola bilər.

Bu sözlərlə ABŞ nəyə nail olmaq istəyir?

C-400-lər Ukraynaya verilsə, nə baş verəcək?

ABŞ-ın təklifinə Türkiyə müsbət cavab verərsə, bir çox ölkələrə münasibətdə özünün bir çox illər ərzində xeyli səylər qoyduğu dayanıqlı siyasətindən geriyə çəkilər. Raket sistemlərinin Rusiyanın hərbi münaqişədə olduğu Ukraynaya verilməsi Ankara ilə Moskva arasında birbaşa qarşıdurma yaradar və illərlə iki prezidentin-Təcəb Tayyib Ərdoğan və Putinin inkişaf etdirdikləri dostluq münasibətləri heçə enər.

Nəticədə Rusiya Türkiyənin Suriyada terrorçuluqla mübarizəsinin üzərindən xətt çəkər, mümkündür ki, Türkiyəni qaz embarqosu tətbiq edilən bir sıra Avropa ölkələrinin sırasına əlavə edə bilər.

ABŞ Türkiyəni Yunanıstan qarşısında müdafiəsiz qoymaq istəyir?

Digər tərəfdən, amerikalı generalın təklifi Yunanıstanla da bağlıdır. S-400 Ukraynaya verilərsə, Türkiyə özünün hava məkanının müdafiəsi nöqteyi-nəzərindən öz potensialını xeyli dərəcədə itirəcək.

Hazırda Türkiyə ilə Yunanıstan arasında olan münasibətlər Egey dənizi və Şərqi Aralıq dənizində açıq böhran keçirir. Bu, ona gətirib çıxara bilər ki, Yunanıstan regionda Türkiyəyə qarşı daha qətiyyətli hərəkətlərə yol verə bilər.

Beləliklə, ABŞ bu addımı ilə həm Türkiyə ilə Rusiya arasında uzun illər mövcud olan dost münasibətlərinə zərbə vurar, həm də Ankaranı öz Avropa tərəfdaşı olan Afina qarşısında zəiflədə bilər.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan bulvarında sürücülər arasında "yolverməmə mübahisəsi" ANI KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

"Fars rejiminin hədəf olaraq dövlət başçısı İlham Əliyevi seçməsi təsadüfi deyil, çünki...