Prezident Ərdoğan: Azərbaycanla birgə addımlarımızı davam etdirəcəyik

Prezident Ərdoğan: Azərbaycanla birgə addımlarımızı davam etdirəcəyik<span class="qirmizi"></span>

 

Ankara, 6 dekabr, AZƏRTAC

Bu gün Azərbaycanda hərbi təlim var idi. Bu, azərbaycanlı qardaşlarımızla birlikdə həyata keçirilən bir təlim idi. Qardaşlarımızla bizim əsgərlərimiz, komandanlarımızın birlikdə keçirdikləri təlim sona çatdı. Onlarla bir telefon əlaqəsi qurub təbriklərimizi çatdırdıq. Əsas məqsəd o həyəcanı, coşqunun sevincini onlarla bölüşmək idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Dərnəkləri Konfederasiyasının (TİSK) qurultayındakı çıxışında Azərbaycanda keçirilən “Qardaş yumruğu” təlimindən bəhs edərək söyləyib.

Türkiyə dövlətinin başçısı vurğulayıb ki, təlimlərin məqsədi sərhəddə baş verə biləcək problemləri yerindəcə həll etmək olub.

Prezident İlham Əliyevlə vəziyyəti müzakirə edib birlikdə plan hazırlayaraq addım atdıqlarını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, proseslər azərbaycanlı-türk qardaşlığının “iki dövlət, tək millət” anlayışında birləşdirir. “Biz atdığımız addımları bundan sonra da davam etdirəcəyik”, - deyə Prezident Ərdoğan bildirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az