Güney Azərbaycan da tətil aksiyasına qoşuldu

Edilən çağırışlardan sonra İranın bir çox bölgələri ilə yanaşı Güney Azərbaycan şəhərlərində də tətil başlayıb.

Axar.az xəbər verir ki, bu barədə güneyli sosial media fəalları məlumat yayıb.

Bildirilir ki, Təbriz, Urmu, Ərdəbil, Mahabad (Soyuqbulaq), Həmədan, Qəzvin və başqa bir neçə şəhərdə bazar, mağaza və istehsal müəssisələrinin əksəriyyəti bağlanıb.

Qeyd edək ki, dekabrın 5-dən 7-ə kimi tətil aksiyalarının keçirilməsinə edilən çağırışdan sonra bir çox əyalətlərin buna qoşulması Tehran birjasının ümumi indeksinin əhəmiyyətli dərəcədə dəyər itirməsinə səbəb olub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Nebenzya BMT-nin iclasını buna görə tərk etdi - Video

SONRAKI XƏBƏR

Kanadada təyyarə magistral yola düşüb