Aİ ölkələrinin baş diplomatları Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin xarici işlər nazirləri dekabrın 12-də Brüsseldə Rusiyaya qarşı texnologiya və bank xidmətləri sahələrində yeni sanksiyaları müzakirə ediləcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

"Avropa İttifaqı səkkiz paket sanksiyalardan sonra yeniləri üzərində işləyir", - nazir bildirib.

Bundan əvvəl "Financial Times" Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketinə dörd telekanalın yayımına qadağa, 180-ə qədər fiziki və hüquqi şəxsin "qara siyahı"ya salınması, habelə 2,3 milyard avro dəyərində ikili mallarla əlaqədar ixrac nəzarəti də daxil olacağı barədə məlumat yayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda zəncirvari qəza: Dörd avtomobil toqquşdu - FOTO

SONRAKI XƏBƏR

Hamilə arvadını döyərək övladının ölümünə səbəb olduğu iddia edilən şəxsdən AÇIQLAMA - VİDEO