Bolqarıstan Prezidenti: "Gələn il Şengen zonasına daxil olmaq üçün hər cür şansımız var"

Bolqarıstan Prezidenti: "Gələn il Şengen zonasına daxil olmaq üçün hər cür şansımız var"<span class="qirmizi"></span>

"Bolqarıstanın gələn il Şengen zonasına daxil olmaq üçün hər cür şansı var".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Albaniyanın paytaxtında keçirilən Aİ-Qərbi Balkan sammitində deyib.

"Ölkənin gələn il Şengenə qoşulmaq üçün hər cür şansı var, lakin bu, yalnız danışıqlar vasitəsilə deyil. Bolqarıstanın özündən də çox şey asılıdır", - Radev bildirib.

Dövlət başçısı qeyd edib ki, bəzi Avropa İttifaqı ölkələrində Bolqarıstanın Şengenə qoşulmasının mümkünlüyü ilə bağlı mənfi rəylər var və bunun aradan qaldırılması üçün bütün dövlət orqanlarının səyinə ehtiyac var.

"Ölkənin bütün siyasi liderlərinə müraciətim: bu mövzunu siyasiləşdirməyin", - Prezident qeyd edib.

Bundan əvvəl Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu açıqlayıb və Aİ Şurasına bu qərarı təsdiqləməyi tövsiyə edib. Lakin Avstriya hazırda Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasının əleyhinədir. Niderland hakimiyyəti də Bolqarıstanın Şengenə qoşulmasını əngəlləməyə hazır olduqlarını bəyan edib.

Mənbə: report.az