Estoniya 2024-cü ildə orta mənzilli hava hücumundan müdafiə sistemləri alacaq

Estoniya 2024-cü ildə orta mənzilli hava hücumundan müdafiə sistemləri alacaq<span class="qirmizi"></span>

Estoniya 2024-cü ildə orta mənzilli hava hücumundan müdafiə sistemləri alacaq.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas "Raadio 4" radiosunun efirində bildirib.

"Hava hücumundan müdafiə baxımından müttəfiqlərdən aldıqlarımıza əlavə olaraq, orta mənzilli hava hücumundan müdafiə sistemləri də əldə etmək barədə ayrıca qərar verdik. Onlar 2024-cü ildə ölkəyə gəlməlidir", - o deyib.

Baş nazirin sözlərinə görə, həmin vaxta qədər Estoniya üzərində hava hücumundan müdafiəni NATO-dakı müttəfiqlər təmin edəcək.

Mənbə: report.az