Dövlət Departamenti: "ABŞ Rusiyaya zərbə vurmaq üçün Kiyevə silah vermir"

Dövlət Departamenti: "ABŞ Rusiyaya zərbə vurmaq üçün Kiyevə silah vermir"<span class="qirmizi"></span>

ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynanı silahla təmin etmir.

"Report" xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə çıxış edib.

Onun sözlərinə görə, söhbət yalnız müdafiə texnikasının tədarükündən gedir.

Prays bildirib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirməyə məcbur etmir.

"ABŞ hakimiyyəti Ukraynanın suverenliyini bərpa etmək üçün lazım olan müddətə qədər ona dəstək verəcək", - Departament sözçüsü qeyd edib.

Mənbə: report.az