ABŞ Dövlət Departamenti: "Biz sülh istəyirik, Putin üçün fasilə yox"

ABŞ Dövlət Departamenti: "Biz sülh istəyirik, Putin üçün fasilə yox"<span class="qirmizi"></span>

"ABŞ hakimiyyəti ədalətli sülh şərtləri əsasında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını başa çatdırmaq niyyətindədir".

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

"Bu gün biz sülh istəyirik, ukraynalılar sülh istəyir, Qərb ictimaiyyəti sülh istəyir. İstəmədiyimiz şey fasilələrdir", - o vurğulayıb.

"ABŞ Dövlət Departamenti hesab edir ki, Rusiya hakimiyyətinə fasilə imkanı verilərsə, onlar bundan öz qüvvələrini yenidən təchiz etmək, Ukraynaya yeni revanşla qayıtmaq məqsədi ilə yenidən qruplaşmaq üçün istifadə edəcəklər. Bu, ədalətli və üstəlik, uzunmüddətli sülhün maraqlarına uyğun deyil", - Prays əlavə edib.

 

Onun sözlərinə görə, Vaşinqton hərbi münaqişə bitənə qədər Kiyevi dəstəkləməyə davam edəcək.

Mənbə: publika.az