Avropa İttifaqı bu ölkəyə üzvlüyə rəsmi namizəd statusu verə bilər

Avropa İttifaqı bu ölkəyə üzvlüyə rəsmi namizəd statusu verə bilər<span class="qirmizi"></span>

 

Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya (BH) Aİ üzvlüyünə rəsmi namizəd statusu verə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Bosniya və Herseqovina islahatlar yolunda yavaş irəlilədiyi üçün uzun müddət belə status ala bilməyib.

Sözügedən məsələdən sonra Sloveniyanın Baş naziri Robert Qolob açıqlama verərək bildirib ki, Bosniya və Herseqovinanın icmaya daxil olması “siyasi qərar” kimi qəbul edilməlidir. “Bu, “zaman məsələsi"dir. BH-nin namizədlik statusu məsələsində "böyük irəliləyiş" əldə olunub” -deyə o əlavə edib.

Bizim.Media

Mənbə: bizim.media