Rusiya ilə Ukrayna sərhədində silahlı qüvvələr yaradıldı – Tərkibi mülki şəxslərdən ibarət olacaq

Rusiya ilə Ukrayna sərhədində silahlı qüvvələr yaradıldı – Tərkibi mülki şəxslərdən ibarət olacaq<span class="qirmizi"></span>

 

Rusiya ilə Ukrayna sərhədində yerləşən Belqorod vilayətində mülki şəxslərdən ibarət silahlı qüvvələr yaradılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə mülki şəxslərdən ibarət hərbi təlim alan regional müdafiə bölmələri təhciz edilib.

Vilayətin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, mülki vətəndaşlar hərbi təlim keçmək istəyir və regional müdafiə bölmələrinin yaradılmasını tələb edirlər:

“Səhhətinə və yaşına görə orduya cəlb oluna bilməyən, lakin döyüş təcrübəsi ilə ailələrini müdafiə etmək arzusunda olan bir neçə batalyon təşkil ediləcək”.

Bizim.Media

Mənbə: bizim.media