ABŞ bu ölkədə hərbi mövcudluğunu artırır

ABŞ bu ölkədə hərbi mövcudluğunu artırır<span class="qirmizi"></span>

Biz Avstraliyada ABŞ hərbi qüvvələrinin rotasiya mövcudluğunu artıracağıq.

Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

Ostinin sözlərinə görə, söhbət bombardmançıların, qırıcıların, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələri və ordusunun gələcək rotasiyalarının artırılmasından gedir.

Bundan əlavə, Ostin ABŞ və Avstraliyanın Yaponiya ilə üçtərəfli müdafiə əməkdaşlığını genişləndirmək barədə razılığa gəldiyini bildirib.

Mənbə: axar.az