Əhmədinejad da bunu biabırçı adlandırdı: rejim tükənir

Əhmədinejad da bunu biabırçı adlandırdı: rejim tükənir<span class="qirmizi"></span>

İrandakı etirazların genişlənməsi, bütün ölkəni əhatə etməsi və yatırılmasının mümkünsüzlüyü ilə molla rejiminin konkret yol xəritəsinin olmadığı üzə çıxdı.

Bu sözləri Axar.az-a İrandakı etirazları şərh edən politoloq Turab Rzayev deyib.

O, Tehran hakimiyyətinin hazırda aksiyaları yatırmaq üçün çıxılmaz vəziyyətə düşdüyünü bildirib:

“Hökumət bu etirazlarla bağlı Rusiyadan kömək istəməyi belə düşünür. Hətta deyilənə görə, keçmiş prezident Əhmədinejad buna etiraz edib ki, Rusiyaya müraciət edib onlardan kömək istəmək öz əhalimizə qarşı biabırçılıqdır. Belə bir vəziyyətdə hökumət məcburdur ki, bəzi - insan haqları, şəxsi və fərdi azadlıqlarla bağlı müəyyən güzəştə getsin. Məsələn, İran Baş Prokurorluğunun “əxlaq polisi”nin hüquqlarını azaltmaq və ya ləğvi ilə bağlı açıqlaması üsyançıların bəzi tələblərinin yerinə yetirilməsi kimi görünür”.

Politoloq üsyançıların verilən vədlərlə bağlı fikir ayrılığı yaşadığını da vurğulayıb:

“İran Konstitusiyasına dəyişikliklərlə bağlı hökumətin “bəzi maddələrə yenidən baxıla bilər” deyə açıqlaması var. Vurğulamaq lazımdır ki, İslam inqilabından bəri İranda konstitusiya maddələrinin çoxu dəyişdirilməyib. Üsyançıların əksəriyyəti isə düşünür ki, bu tələdir. Sona qədər gedib hakimiyyəti devirməsələr, mövcud hakimiyyət vəziyyət normallaşan kimi vədinə xilaf çıxaraq ciddi cəza tədbirləri görəcək. Ona görə də kimlər ki rejimlə barışmağa razı deyil, rejimin daha çox xəyanət edəcəyini düşünür, onlar bütün gücünü ortaya qoyub bu aksiyaların yeni dalğasını icra edirlər. Molla rejiminin isə artıq gücü tükənmək üzrədir”.

Mənbə: axar.az