Azərbaycana və Türkiyəyə xain gözlə baxanlara göz dağı

Azərbaycana və Türkiyəyə xain gözlə baxanlara göz dağı<span class="qirmizi"></span>

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hazırda ölkəmizdə Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də İranla sərhəd olan Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Bəs, bu təlimlər son aylarda ölkəmizə qarşı təbliğat aparan İrana göz dağı sayıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, harada Azərbaycan varsa, orada Türkiyə var:

"Şuşa bəyannaməsi imzalananannan sonra biz bütün sahələrdə iki müttəfiq dövlət kimi çıxış edirik. Xüsusilə də hərb sahəsində. Bəli, bu təlimlər tək İrana yox, Azərbaycana və Türkiyəyə xain gözlə baxanlara göz dağı və xəbərdarlıqdır ki, biz masada da, döyüş meydanında da birlikdəyik. Harada Azərbaycan varsa, orada Türkiyə var. Harada Türkiyə varsa, orada Azərbaycan var. Yəni bu, bizə qarşı dost münasibətdə olmayan qara qüvvələrə çox ciddi xəbərdarlıqdır. Hesab edirəm ki, biz bununla qürur duymalıyıq, fəxr etməliyik".

Həmidə İbrahimova

Mənbə: redaktor.az