Sülh istəyən erməni nazirin etirafı: “Qarabağda hərbi birləşmələr var”

Sülh istəyən erməni nazirin etirafı: “Qarabağda hərbi birləşmələr var”<span class="qirmizi"></span>

"Qarabağda Ermənistan Respublikasının ordusu yoxdur. “Arsax”ın (Qarabağdakı qondarma rejim) öz "hərbi birləşmələri" var. Bu, ekzistensial təhlükələrə qarşı çıxmaq üçün zəruridir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.

Qeyd edək ki, bu açıqlama bir daha sübut edir ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişin müddəalarını pozur.

Üstəlik Qarabağda müvəqqəti dislokasiya edilən rus sülhməramlılarının köməyilə bölgəyə silah və muzdlu əsgər toplayır, siyasi müstəvidə isə Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlar aparır, sərhədlərin delimitasiya və demarkasiyasına çalışır.

Bizim.Media

Mənbə: bizim.media