İran etirazlarda bu ölkəni günahlandırdı - İDDİA

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri etirazlarla bağlı çıxış edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, komissiya rəhbəri çıxışında Səudiyyə Ərəbistanını günahlandırıb. Belə ki, o, Riyad hökumətini ölkədəki iğtişaşları maliyyələşdirməkdə ittiham edib.

Həmçinin İranda polis müavinini öldürməkdə ittiham olunan bir neçə etirazçıya ölüm hökmü çıxarılıb. Bundan əlavə, polis aksiyalar zamanı üçü uşaq olmaqla daha 11 nəfəri həbs edib.

Qeyd edək ki, oktyabr ayında İran prezidenti İbrahim Rəisi də ABŞ lideri Co Baydeni ölkədəki iğtişaşları dəstəkləməkdə ittiham etmişdi.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyaya sarsıdıcı zərbə vuruldu: Kreml indi Azərbaycan və Türkiyədən asılıdır

SONRAKI XƏBƏR

Ombudsman beynəlxalq simpoziumda Ermənistanın ekoloji cinayətləri barədə məlumat verib