Türk ordusu əməliyyata nə vaxt başlayır? – Tarix verdilər

Türk ordusu əməliyyata nə vaxt başlayır? – Tarix verdilər<span class="qirmizi"></span>

 

ABŞ-ın “Vaşinqton Post” qəzeti rəsmi mənbələrə istinadən Türkiyənin Suriyanın şimalında planlaşdırdığı mümkün quru əməliyyatı ilə bağlı yazıb.

Nəşr rəsmi mənbələrə istinadən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bu ay Suriyada quru əməliyyatına başlaya biləcəyini iddia edib.

Qəzet Türkiyənin bu əməliyyatının bölgənin sabitliyini riskə atacağını bildirib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqo) rəsmi nümayəndəsi Jozef Buççino da bu fikirdədir: “Belə bir addımın Suriyada çətinliklə əldə edilmiş təhlükəsizlik və sabitliyə xələl gətirəcəyindən narahatıq”.

Xəbərdə ABŞ-ın Türkiyə ilə artan gərginliyə baxmayaraq, onurğasını PKK/YPG terror təşkilatının təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə əməkdaşlığı artıracağı da bildirilib. Bunun ABŞ və Türkiyə arasında gərginliyi daha da artıracağı vurğulanıb.

Qəzetə danışan SDQ terrorçusu Fərhad Şami Türkiyə və dəstəklədiyi qüvvələrin Suriyanın şimalında lokal quru əməliyyatı keçirəcəyinə dair işarələrin olduğunu bildirib.

Digər tərəfdən, “Əl-Cəzirə” telekanalına danışan bir Türkiyə rəsmisi belə deyib:

“Türkiyə ABŞ və Rusiyaya PKK/YPG/SDQ terror təşkilatının Mənbiç, Təl Rıfat və Ayn əl-Ərəbdən çıxarılması üçün iki həftə vaxt verib. Son müddəti uzatmayacağıq. SDQ/YPG oradan çəkilməsə, quru əməliyyatı başlayacaq”.

Mənbə: teleqraf.com