Daxili işlər naziri həm də ölkə prezidenti seçildi

İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü il üçün ölkə prezidenti seçilib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, seçkilər Federal Məclisin iki palatasının birgə iclasında baş tutub.

Səsvermə prosesi Məclisin mətbuat xidməti tərəfindən onlayn işıqlandırılıb.

Qeyd edilib ki, Berse nazir vəzifəsi ilə eyni vaxtda 12 ay prezident səlahiyyətlərini icra edəcək.

O, 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Yarasalarda insanlar üçün daha bir təhlükə tapıldı

SONRAKI XƏBƏR

İlon Mask artıq dünyanın ən zəngin adamı deyil