Peru prezidenti parlamenti buraxdı ölkədə fövqəladə vəziyyət elan etdi

Peru prezidenti parlamenti buraxdı ölkədə fövqəladə vəziyyət elan etdi<span class="qirmizi"></span>

Peru prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, o, bunu dövlət başçısı administrasiyasının Facebook səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib.

"Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar qərarlar qəbul edildi: hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradılması. Bunun tərkib hissəsi olaraq aşağıdakı tədbirlər görüldü: Konqres müvəqqəti olaraq buraxılsın. Respublika və fövqəladə hökumət yaratmaq, ən gec 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün konstitusiya hüquqları ilə Konqresə yeni seçkilər çağırmaq. Bu gündən etibarən komendant saatı tətbiq edilir" deyə prezident bildirib.

 

Mənbə: www.unikal.org