Dövlətə xəyanət və ordunu nüfuzdan salan yalan məlumatlara görə cəzalar sərtləşdirilir...

Dövlətə xəyanət və ordunu nüfuzdan salan yalan məlumatlara görə cəzalar sərtləşdirilir...<span class="qirmizi"></span>

Dövlətə xəyanət və ordunu nüfuzdan salan yalan məlumatlara görə cəzalar sərtləşdirilir...

"Böyük qardaş"ın yolu ilə..."

Belarusda dövlətə xəyanətə görə ölüm cəzası, ordu haqqında "feyk" məlumatlara görə həbs cəzası müəyyən ediləcək...

"Cinayət Məcəlləsində ölüm hökmünü nəzərdə tutan maddələrin sayı artırılır..."

"1990-2020-ci illərdə Belarusda 400 nəfər edam edilib..."

Belarusun Nümayəndələr Palatası ilk oxunuşda məmur və hərbçilər üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə Belarus parlamentinin mətbuat xidməti məlumat verib. Məlumatı "Qazeta.ru" nəşri yayıb.

Qanun layihəsi ölkənin Cinayət Məcəlləsinin üç maddəsinə "destruktiv elementlərə çəkindirici təsir etmək", habelə "dövlətə xəyanətlə qətiyyətli mübarizəni nümayiş etdirmək" üçün dəyişikliklər edilir.

Bundan başqa, layihə Cinayət Məcəlləsinə "Terrorçuluğun təbliği" və "Dövlət sirrlərinin qorunması haqqında tələblərin pozulması" kimi yeni maddələr daxil edilir və bu cinayətlərin əlamətləri genişləndirilir.

Bundan başqa, Belarusun Silahlı Qüvvələri, digər qoşunlar və hərbi birləşmələri, hərbiləşdirilmiş təşkilatlarını nüfuzdan salan əvvəlcədən yalan məlumatlar yaymağa görə cinayət məsuliyyəti tətbiq edilir. Müharibənin əvvəlində analoji qanun Rusiya Federasiyasında qəbul edilib.

Belarus Avropa və Mərkəzi Asiyada indiyədək ölüm hökmü tətbiq edilən yeganə dövlətdir. Xüsusilə ağır cinayətlərə görə insanlar güllələnir. 1990-2020-ci illərdə ölkədə 400 adam edam edilib.

Ölkə hakimiyyəti tədricən Cinayət Məcəlləsinin edam cəzası nəzərdə tutan maddələrinin siyahısını genişləndirir. May ayında Aleksandr Lukaşenko "terrorçuluq aktının törədilməsinə qəsd"ə görə ölüm cızasını nəzərdə tutan qanun imzalayıb.

Mənbə: moderator.az