BMT Əfqanıstandakı edamlardan narahatlıq ifadə edib

BMT Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlişindən sonra ilk ictimai edamdan narahatdır və ölüm hökmlərinə qoyulan moratoriumun qaytarılmasına çağırır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsinin müavini Stefani Tremblay deyib.

"Bu gün Əfqanıstanda həyata keçirilən ictimai edamla bağlı dərin narahatlığımızı bildiririk. Bizim mövqeyimiz dəyişməz olaraq qalır - BMT ölüm hökmünün əleyhinədir. Ölüm hökmü yaşamaq hüququna ziddir. Biz moratoriumun qaytarılmasına çağırırıq", - Tremblay qeyd edib.

Qeyd edək ki, dekabrın 7-də "Taliban" hakimiyyəti ilk ölüm hökmünü icra edib. Herat vilayətindən olan şəxs qonşu Fərəh əyalətinin sakinini öldürüb, sonra onun motosikletini və mobil telefonunu oğurlayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən cazibədar alimi köpək balıqlarıyla işindən danışdı - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Kərkükdə İŞİD-ə qarşı böyük əməliyyat başladı