Sakit Okean Alyansının sammiti təxirə salınıb

Sakit Okean Alyansının sammiti təxirə salınıb<span class="qirmizi"></span>

Perunun paytaxtı Limada gələn həftə keçirilməsi nəzərdə tutulan Sakit Okean Alyansının sammiti təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard tviter səhifəsində məlumat verib.

“Peruda baş verən son hadisələr nəzərə alınaraq dekabrın 14-də Limada keçirilməsi planlaşdırılan Sakit Okean Alyansının sammitinin təxirə salınmasına qərar verilib”, - o qeyd edib.

Mənbə: report.az