Kiyev Rusiyaya əlavə sanksiya tətbiq edilməsini istəyir

Kiyev Rusiyaya əlavə sanksiya tətbiq edilməsini istəyir<span class="qirmizi"></span>

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba 9-cu sanksiya paketində rusiyanın raket sənayesinə məhduidiyyət qoyulmasını istəyib.

Lent.az xəbər verir ki, bu barədə diplomat Tvitterdə bildirib.

“Bu gün mən Cozep Borrelə məktub yazaraq Rusiyanın raket istehsalına sərt sanksiyalar tətbiq edilməsini təklif etdim. Rusiya Ukraynada mülıki obyektlərə zərbə endirəcək bütün imkanlardan məhrum edilməlidir” – deyə Kuleba vurğulayıb.

Mənbə: lent.az