Rusiya ABŞ-la münasibətləri kəsmək istəmir

Rusiya ABŞ-la münasibətləri  kəsmək istəmir<span class="qirmizi"></span>

Rusiya XİN ABŞ-la diplomatik münasibətləri kəsməyi lüzumsuz hesab edir. Digər diplomatik yollar hələ tükənməyib.

Lent.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Hadisələrin belə inkişafını istəməzdim. Diplomatik əlaqələrin kəsilməsi heç bir siyasi həll yolu qalmadığını, yalnız güc yolunun qaldığını göstərir. Bu bizə lazım deyil” – deyə diplomat vurğulayıb.

Mənbə: lent.az