Kərkükdə İŞİD-ə qarşı böyük əməliyyat başladı

İraqın Silahlı Qüvvələri Kərkük şəhərində İŞİD terrorçularına qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Kərkük Polis İdarəsinin mətbuat katibi Amir Nuri məlumat verib.

O, əməliyyatın Havice ilçəsinin Kiçik Yorğun, Böyük Yorğun, Həmidiyyə və Məliha kəndlərində, həmçinin Hasa, Əl-Cənabi və Əl-Yorğun vadilərində təşkil edildiyini bildirib.

Nuri əməliyyatda Haşdi Şabi milislərinin də iştirak etdiyini əlavə edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

BMT Əfqanıstandakı edamlardan narahatlıq ifadə edib

SONRAKI XƏBƏR

Rusiya hərbiçiləri məhkəməsiz onlarla insanı edam ediblər - BMT