Baş Prokurorluğun əməkdaşları Vyanada beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun əməkdaşları Vyanada beynəlxalq tədbirdə iştirak edib<span class="qirmizi"></span>

Dekabrın 5-7-də Avstriyanın paytaxtı Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Cinayət Ədliyyəsi və Cinayətlərin qarşısının alınması Komissiyasının (CCPCJ) təşkilatçılığı ilə keçirilən “Cinayətlərin qarşısının alınması, cinayət ədliyyəsinin və qanunun aliliyinin inkişafı” ilə bağlı Kyoto bəyannaməsinin tətbiqinin 2-ci tematik müzakirələrində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru Vüsal Əliyev və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlov iştirak edib.

Bu barədə "Report"a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində Kyoto bəyannaməsinin icrası istiqamətində qurbanların hüquqlarının təmini, şahid və məlumat verən şəxslərin qorunması, cinayət təhqiqatı prosesinin təkmilləşdirilməsi, həbsxana şəraitinin yaxşılaşdırılması, bərpa və reinteqrasiya yolu ilə cinayətin təkrar törədilməsinin azaldılması, cinayət ədliyyəsi sistemlərində gender imkanlarının gücləndirilməsi, cinayət ədliyyəsi sistemləri ilə ünsiyyətdə olan uşaqların və gənclərin həssaslıqlarının araşdırılması mövzuları üzrə müzakirələr aparılıb.

Mənbə: report.az