Siyavuş Novruzov Vasif Talıbovla qohum olub? – Özü açıqladı

Siyavuş Novruzov Vasif Talıbovla qohum olub? – <span class="qirmizi">Özü açıqladı</span>

“Mənim Vasif Talıbovla heç bir qohumluq əlaqəm yoxdur”.

Bu sözləri  açıqlamasında millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrinin olması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, sözügedən iddianın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bu xəbər yalandır, həqiqəti əks etdirmir. Sadəcə, Vasif Talıbovun kürəkəni ilə soyadımız eynidir. Lakin yaxından-uzaqdan qohumluğumuz yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə S.Novruzovun Vasif Talıbovun kürəkəninin əmisi olduğu iddia edilib.

Mənbə: globalinfo.az