Qarşıda çoxlu döyüş olacaq - Mark Milli

Rusiya Prezidenti Vladimir Putin bütün istiqamətlərdə uduzub. Hazırda cəbhə stabilləşib, ancaq qışda hücum üçün potensial imkanlar yaranacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi 10 aya yaxındır ki, davam edir, lakin Putin bütün cəbhələrdə uğursuzluğa düçar olub. Ukrayna ordusu Xarkov istiqamətindəki hücumlarda, Xersonun ruslardan azad edilməsində böyük uğur qazandı. Lakin Rusiya hələ də Ukrayna ərazilərininin işğalına davam edir. Qarşıda hələ çoxlu döyüş əməliyyatları var. Qışın şaxtalı vaxtında hər iki tərəfdən hərəkət ola bilər. Görək nə baş verir”, - Milli bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya ukraynalı uşaqlarla alver edir – “Nyu-York Tayms”

SONRAKI XƏBƏR

Bakıda kömək istəyən təqaüdçülərin kartından pul ələ keçirən şəxs tutulub