Saakaşvilidən üzücü xəbər - “Cəmi bir neçə ay yaşaya bilər”

Saakaşvilidən üzücü xəbər - “Cəmi bir neçə ay yaşaya bilər”<span class="qirmizi"></span>

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili istintaqa müayinə üçün qan verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi İstintaq Xidmətinin nümayəndəsi Vasili Kakaşvili açıqlama verib.

“Mixail Saakaşvili bu gün istintaqa qan nümunəsi verməkdən imtina edib. İmtinasının səbəbini səhhətində yaranan problemə görə qan vermək istəməməsi ilə əlaqələndirib”, - Kakaşvili deyib.

Onun sözlərinə görə, istintaq eks-prezidentdən əlavə qan nümunələri tələb edib, çünki keçmiş onun zəhərlənə biləcəyinə dair iddia irəli sürülüb.

Həkimlər Saakaşvilini müalicə edə bilməyəcəklərini açıqlayıblar. Gürcüstanın keçmiş prezidentinin vəziyyətini ağır kimi qiymətləndirirlər. Saakaşvilinin bədəni dördüncü dərəcəyə qədər yorğundur ki, bu da onun həyatı üçün təhlükəlidir. Həkimlər hesab edirlər ki, Saakaşvilinin səhhəti eyni sürətlə pisləşərsə, cəmi bir neçə ay yaşaya bilər.

Bundan əvvəl tibbi ekspertizanın rəyi dərc edilib. Buna əsasən altı il müddətinə azadlıqdan məhrum edilmiş Saakaşviliyə on fərqli diaqnoz qoyulub. Orqanizmində sağlamlıq üçün təhlükəli olan yüksək həcmdə barium, vismut və civə aşkar edilib.

Mənbə: teleqraf.com