“Politico” Putini “ilin məğlubu” ADLANDIRDI

Amerikanın “Politico” nəşri Rusiya prezidenti Vladimir Putini “ilin məğlubu” adlandırıb.

Bu barədə "Unikal" nəşrin saytına istinadən məlumat verir.

“Vladimir Putinin böyük Rusiya arzusu çətin ki, gerçəkləşsin. Onun Ukraynaya qarşı genişmiqyaslı hücumu, demək olar ki, başladığı kimi tez dağılmağa başladı. Rusiya prezidentinin münaqişənin Ukraynanı “nasistlərdən” təmizlənməsinə yönəlmiş “xüsusi hərbi əməliyyat” kimi tərifinə sadiq qalmasına baxmayaraq, qısa müddət ərzində Kiyevi təhdid edən qoşunlar ölkənin şərqində güclə saxlayırlar. Onun yüz minlərlə yeni əsgəri çağırmaq qərarı çağırış yaşında olan kişilərin ölkədən qaçmasına səbəb olub”, - nəşr yazır.

Gülayə Mecid

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Jdanov: İranın İrəvana verdiyi raketləri vurmaq çətindir

SONRAKI XƏBƏR

Masazırda şagirdi sinif yoldaşının ailəsi döydü