"İranlılar və ermənilər Artsaxa daha rahat gedir" - Fars təhlilçidən hədyan

"İranlılar və ermənilər Artsaxa daha rahat gedir" - Fars təhlilçidən hədyan<span class="qirmizi"></span>

İranlı siyasi təhlilçisi Salar Seyfəddini Tvitter hesabında anti-Azərbaycan paylaşımı edib.

Bakupost.az xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Xəbərə görə, iranlı təhlilçi Azərbaycanın tarixi və rəsmi yer adlarını qondarma ifadələrlə əvəzləyib, prezident və jurnalistlərin ünvanina kəskin sözlər yazıb:

"Giriş qadağandır! Arsaxa(Stepanakertə) buraxılmayan bu jurnalistlər qrupu xəbərlərdə İrana qarşı rəcəz oxuyanlardır və onların quduzlaşması Əliyevin Qarabağı azad etdiyini düşünmələrindən qaynaqlanır. İranlılar və ermənilər Artsaxa daha rahat gedə bilərlər, amma Qarabağ Azərbaycandır!", - deyə iranlı təhlilçi rişxənd edib.

Aynur

BakuPost

Mənbə: www.bakupost.az