Sergey Lavrov MDB dövlətlərinin səfirləri ilə görüşəcək

Sergey Lavrov MDB dövlətlərinin səfirləri ilə görüşəcək<span class="qirmizi"></span>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 12-də MDB-yə üzv dövlətlərin Moskvadakı səfirləri ilə ənənəvi görüş keçirəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 8-də keçirdiyi brifinqdə bildirib.

“Sergey Lavrov qarşıdan gələn ildə qurum ölkələri ilə fəaliyyətin nəticələrini yekunlaşdıracaq, gələcək üçün Rusiyanın prioritet istiqamətlərini elan edəcək”, - o deyib.

Qeyd edək ki, MDB 1991-ci il dekabrın 8-də yaradılıb.

Mənbə: report.az